Efiopiya Çindən onlarla 155 mm-lik ÖAQ-lar alıb

2023/01/dfgdf-1674897914.jpg
Oxunub: 389     20:21     28 Yanvar 2023    
Efiopiya Çin istehsalı olan onlarla 155 mm SH15 Özüyeriyən Artilleriya Qurğuları (ÖAQ) alıb.

Ordu.az xəbər verir ki, silahların görüntüləri paytaxt Əddis-Əbəbədən 165 kilometr cənubda yerləşən təlim zamanı ortaya çıxıb.

Peyk görüntülərində Harar Meda bazasında dörd sütunda düzülmüş 32 ÖAQ görünüb.

SH15 Çin Xalq Azadlıq Ordusunun istifadə etdiyi PCL-181 sistemlərinin ixrac variantıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Efiopiya   Çin  


Bizi "telegram"da izləyin