Fransa 26 milyon dollara zireh əleyhinə silahlar alır

2023/01/fghgf-1674897854.jpg
Oxunub: 6614     19:49     28 Yanvar 2023    
Fransa AT4 model zireh əleyhinə silahlar üçün “Saab” şirkəti ilə müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə İsveç şirkəti məlumat yayıb.

24 milyon avro dəyərində (26 milyon dollar) olan müqavilə çərçivəsində alınan silah sistemləri düşmən tanklarını və ağır döyüş maşınlarını zərərsizləşdirə bilir.

Silah, həmçinin düşmən qoşunlarının gizləndiyi binalara və qorunan infrastruktura hücum etmək üçün istifadə edilə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Silah  


Bizi "telegram"da izləyin