ABŞ artilleriya mərmilərinin istehsalını 500 faiz artırmağı hədəfləyir

2023/01/4df5g-1674897786.jpg
Oxunub: 477     19:23     28 Yanvar 2023    
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ölkənin Ukraynaya hərbi dəstəyi səbəbiylə ehtiyat çatışmazlığını doldurmaq və gələcək münaqişələr üçün ehtiyat yaratmaq üçün 2 il ərzində artilleriya mərmilərinin istehsalını 500 faiz artırmağı hədəfləyir.

Ordu.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri yazıb.

Pentaqonun bu təşəbbüsü ilə Ukraynanın ehtiyac duyduğu 155 millimetrlik mərmi istehsalı iki il ərzində ayda 90 minə qaldırılacaq.

Fabriklərin genişləndirilməsi və yeni istehsalçıların cəlb edilməsini nəzərdə tutan təşəbbüs ABŞ müdafiə sənayesi bazası üçün “təxminən 40 ildə ən güclü modernləşdirmə səylərinin” bir hissəsidir.

Rusiya-Ukrayna müharibəsi başlamazdan əvvəl ABŞ ordusu ayda 14.400 idarə olunmayan mərmi istehsal edirdi, Pentaqonun istehsal hədəfi isə 2022-ci ilin sentyabrında 3 dəfə, 2023-cü ilin yanvarında isə Ukraynanın təchizat ehtiyacları səbəbindən 2 dəfə artmışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Artilleriya-mərmiləri  


Bizi "telegram"da izləyin