Polşanın “Osa” hava hücumundan müdafiə sistemi Ukraynada görünüb

2023/01/ghjgh-1674897413.jpg
Oxunub: 346     14:23     28 Yanvar 2023    
Polşanın 9K33 “Osa” aşağı əməliyyat hündürlüyünə malik hava hücumundan müdafiə sistemi Ukraynada görüntülənib.

Ordu.az xəbər verir ki, fotolar Ukrayna mətbuatında yayımlanıb.

Ukrayna müharibə başlayandan bəri “Osa” və digər Şərq blokunun hava hücumundan müdafiə sistemlərindən fəal şəkildə istifadə edir.

2001-ci ildə Polşanın “Wojskowe Zakłady Uzbrojenia” (WZU) şirkəti mövcud sistemin modernləşdirilmiş versiyası olan “Osa-AKM-P1 Żądło”nu istifadəyə verdi. Ukraynaya verilən sistemin Polşanın modernləşdirdiyi yeni sistemlər olmadığı təxmin edilir.

Maksimum diapazon “Osa” modellərindən asılı olaraq dəyişir. İlk modellərdə maksimum 12 kilometr olan məsafə sonrakı modellərdə 15 kilometrə çatıb. Modernləşdirilmiş Polşa versiyasında elektro-optik sistem maksimum 20-30 kilometr məsafədə (hava şəraitindən asılı olaraq) passiv müşahidə aparmağa imkan verir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Ukrayna  


Bizi "telegram"da izləyin