“Joğovurd”: Yanğından əvvəl hərbi polis sığınacaqda qadağan olunmuş əşyalar aşkar edib, dava olub

2023/01/dfg45-1674897188.jpg
Oxunub: 5468     16:43     28 Yanvar 2023    
15 erməni hərbi qulluqçunun ölümünün təfərrüatları məlum olub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr qeyd edib ki, xüsusilə əsgərlərlə zabit arasında hansı söhbətlər olduğu, hadisədən əvvəl sığınacaqda baş verənlər məlum olub.

“Məlumata görə, yanğından əvvəl hərbi polis sığınacaqda yoxlama aparıb, qadağan olunmuş əşyalar aşkar edib və bununla bağlı protokol tərtib edilib. Bu barədə hərbi hissənin rəhbərliyinə məlumat verilib, daha sonra zabit qadağan olunmuş əşyaların yolverilməzliyi ilə bağlı əsgərlərlə söhbət edib. Bundan başqa, zabitlərə də ciddi töhmət verilib. İstisna edilmir ki, əsgər valideynləri müsahibələrində sığınacaqdakı gərgin vəziyyəti nəzərdə tutublar. Xüsusilə, ölən hərbi qulluqçulardan birinin valideyni, Lori vilayətinin Hobardzi icmasının sakini Rostom Asryanın atası Artak Asryan deyib: “Bu, benzin məsələsi deyil, nə varsa, o zabitin altındadır. İki gün əsgərlərlə gərgin olub, iki gün əvvəl orada ciddi dava olub. Oğlum zəng edəndə dedi ki, ata, çox pisdir. Dedim ki, nə olub, tək sənə pisdir, yoxsa hamınıza yaxşı deyil? Dedi ki, hamımıza”. Xatırladaq ki, yanvarın 19-na keçən gecə, saat 01:30 radələrində Göyçə vilayətinin Ağkilsə kəndində mühəndis-istehkam bölüyünün kazarmasında baş verən yanğın zamanı 15 hərbçi həlak olub, 3 hərbçi İrəvandakı Milli Yanıq Mərkəzinə aparılıb”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Yanğın  


Bizi "telegram"da izləyin