“Hraparak”: Ermənistanın sabiq Müdafiə naziri nədə ittiham olunur?

2021/08/timth-1630310222.jpg
Oxunub: 291     15:43     28 Yanvar 2023    
Artıq məlumdur ki, prokurorluq Seyran Ohanyanın toxunulmazlığından məhrum edilməsi ilə bağlı üç vəsatət təqdim edib, onlardan biri məxfi sayılır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, söhbət ictimaiyyət üçün o qədər də gizli olmayan yarasız raketlərdən gedir.

“Bu iş uzun müddətdir ki, 7 müttəhimlə məhkəmədədir. Bəs bu işdən çoxlarının xəbəri varsa və bu barədə dəfələrlə yazılıbsa, bunun sirri nədir? Xatırladaq ki, 44 günlük müharibədən sonra Milli Təhlükəsizlik Xidmətində sursatların əldə edilməsi prosesində baş verən sui-istifadə, xüsusilə keyfiyyətsiz raketlərin əldə edilməsi ilə bağlı iş açılıb və Tonoyandan başqa 7 nəfərə qarşı ittiham irəli sürülüb. İttiham olunan şəxslər arasında Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Artak Davtyan, Baş Qərargah rəisinin keçmiş müavini Stepan Qalstyan, silah təchizatı ilə məşğul olan iş adamı Davit Qalstyan da var. Keçmiş yüksək rütbəli məmurlar ordu üçün 4 milyon dollar dəyərində yararsız raketlər almaqda ittiham olunurlar. Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, sözügedən döyüş sursatları eyni partiyadan əvvəlki döyüş sursatından iki dəfə baha qiymətə alınıb. Davit Tonoyan külli miqdarda mənimsəməkdə ittiham olunur. Artak Davtyan vəzifəsindən sui-istifadə və ya hərəkətsizlikdə, Stepan Qalstyan ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadədə, Davit Qalstyan isə dələduzluqda və s. ittiham olunur. Raketlər isə Seyran Ohanyanın müdafiə naziri olduğu dövrdə alınıb. Yaxşı, bəs Ohanyanın günahı nədir?

Öyrəndik ki, prokurorluğun parlamentə göndərdiyi 20 səhifəlik vəsatətdə Ohanyana aid edilən günah raketlərin onun dövründə müxtəlif qiymətlərlə alınmasıdır: birinci partiya həddindən artıq ucuz, ikinci partiya baha alınıb. Hüquq-mühafizə orqanları isə bunda korrupsiya iyini hiss ediblər. Bu iş üzrə şahid qismində Ohanyan dindirilib. O bildirib ki, raketlər 2011-ci ildə Ermənistana gətirilib, lakin Müdafiə Nazirliyi onların nasaz olduğunu bildiyi üçün onları almayıb. Təchizatçı lisenziya almaq və üçüncü ölkəyə satmaq üçün bu raketlərin anbarlarda qalmasını xahiş edib”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ohanyan  


Bizi "telegram"da izləyin