Ordu.az xəbər verir ki, bu barədə şirkətin vitse-prezidenti Osman Okyay məlumat verib.
“Dost və müttəfiq NATO ölkələri bizdən qanadlı raketləri üçün mühərriklər hazırlamağı xahiş etdilər və biz razılaşmalar mərhələsindəyik”, - deyə Oktay bildirib.
SOM və ATMACA raketlərini gücləndirmək üçün “Kale Arge” tərəfindən hazırlanmış Türkiyənin ilk milli turboreaktiv raket mühərriki KTJ-3200-ün kütləvi istehsalı və tədarükü davam edir. Bu il ATMACA və SOM raketləri ilə ilk atış sınaqlarının aparılması hədəflənir.
Sevinc Əliyeva
Ordu.az