Türkiyə raket mühərriki ixrac etməyə hazırlaşır

2023/01/1674895128.jpg
Oxunub: 6656     16:19     28 Yanvar 2023    
Türkiyənin “Kale Arge” şirkəti tərəfindən milli qaynaqlarla inkişaf etdirilən orijinal turboreaktiv raket mühərrikləri ixraca hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin vitse-prezidenti Osman Okyay məlumat verib.

“Dost və müttəfiq NATO ölkələri bizdən qanadlı raketləri üçün mühərriklər hazırlamağı xahiş etdilər və biz razılaşmalar mərhələsindəyik”, - deyə Oktay bildirib.

SOM və ATMACA raketlərini gücləndirmək üçün “Kale Arge” tərəfindən hazırlanmış Türkiyənin ilk milli turboreaktiv raket mühərriki KTJ-3200-ün kütləvi istehsalı və tədarükü davam edir. Bu il ATMACA və SOM raketləri ilə ilk atış sınaqlarının aparılması hədəflənir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Kale  


Bizi "telegram"da izləyin