Yunanıstanın ilk M-346 təlim təyyarəsinin uçuşu həyata keçirilib

2023/01/1674894988.jpg
Oxunub: 6625     16:11     28 Yanvar 2023    
Yunanıstanın İtaliyanın “Leonardo” şirkəti tərəfindən istehsal edilən M-346B təlim təyyarəsinin ilk uçuşu həyata keçirilib.

Ordu.az xəbər verir ki, uçuş şirkətin Kaselle hava limanındakı müəssisəsində baş tutub.

Sınaq uçuşunu uğurla yerinə yetirdikdən sonra M-346B tezliklə uçuş-enmə zolağına təhlükəsiz eniş edib. İkinci təyyarənin fevralın ikinci həftəsində sınaq uçuşu həyata keçirəcəyi gözlənilir.

Qeyd edək ki, Yunanıstan 2021-ci ildə “Leonardo”dan 10 ədəd M-346B təlim təyyarəsi sifariş edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   M-346  


Bizi "telegram"da izləyin