Türkiyə Pakistana ikinci “Agosta 90B” sualtı qayığını təhvil verib

2023/01/45-1674894802.jpg
Oxunub: 418     15:32     28 Yanvar 2023    
Türkiyənin STM şirkəti ikinci “Agosta 90B” sualtı qayığını modernləşdirərək Pakistan Hərbi Dəniz Qüvvələrinə təhvil verib.

Ordu.az xəbər verir ki, bu barədə STM-in baş direktoru Özgür Güleryüz məlumat verib.

Layihə çərçivəsində ümumilikdə 3 sualtı qayığın modernləşdirilməsi nəzərdə tutulub. “PNS Hamza” adlı sualtı qayıq müasir sistemlərlə təchiz edilərək 2021-ci ildə təhvil verilib. “PNS Xalid” adlı ikinci gəmi isə bir neçə gün əvvəl Pakistana təqdim edilib.

“Ölkəmizi müdafiə etmək üçün çıxdığımız yolda mühəndislik təcrübəmizi və texnologiyalarımızı dost və qardaş ölkələrə ötürürük. Pakistan üçün “Agosta 90B” Sinif Sualtı Qayıqların Modernləşdirilməsi Layihəsi STM-nin milli və beynəlxalq sualtı qayıqların istehsalı və modernləşdirilməsi sahəsində səriştəsinin ən mühüm nümunələrindən biridir.

50-yə yaxın yerli və xarici şirkət və təchizatçı ilə işlədiyimiz layihədə qlobal COVID-19 epidemiyasına baxmayaraq, ikinci gəmini Pakistan Hərbi Dəniz Qüvvələrinə vaxtında çatdıra bildik”, - deyə o qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Agosta-90B  


Bizi "telegram"da izləyin