Diasporla İş üzrə Dövlət Komitəsindən
Ordu.az-a verilən məlumata görə, Corc Vaşinqton Universitetinin Azərbaycanlı Tələbələr Birliyinin yaydığı bəyanatda səfirliyin təhlükəsizlik xidmətinin rəhbəri Orxan Əsgərovun qətli və diplomatik missiyamızın iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktı pislənilib.
Gənclər ABŞ və beynəlxalq ictimaiyyəti insanlığa və diplomatik normalara zidd olan bu cinayətə, İran və Ermənistanın son vaxtlar Azərbaycanın sərhədləri daxilində davamlı olaraq qanunsuz əməllər törətməsinə göz yummamağa, regionda sabitliyin pozulmasına yönələn cinayətlərə görə cavabdeh şəxslərin ən qısa zamanda məsuliyyətə cəlb olunması istiqamətində əməli addımlar atmağa çağırıb.
Ordu.az