“Siyasi prosesləri artıq Azərbaycan diktə edir” - Kiviryan

2022/12/maxre-1671528543.jpg
Oxunub: 382     12:10     28 Yanvar 2023    
“Ermənistanda bir nömrəli problem Paşinyanın və indiki hakimiyyətin hakimiyyətdən uzaqlaşdırılmasıdır. Nə qədər ki, onlar var, gələcək haqqında danışmaq mənasızdır və proqnozlara görə, gələcək çox pis olacaq”.

Ordu.az xəbər verir ki, bu barədə erməni politoloq Argişti Kiviryan bildirib.

O qeyd edib ki, hakimiyyət Ermənistanı təkcə fövqəldövlətlər üçün deyil, həm də region dövlətləri üçün hərbi sınaq poliqonuna çevirib.

“Siyasi prosesləri artıq Azərbaycan diktə edir. Digər problemlərin həlli üçün mövcud hakimiyyətlərdən necə qurtulmaq, hakimiyyəti ələ keçirmək, effektiv proqramlar həyata keçirmək barədə düşünmək lazımdır. Əks halda Ermənistan gələcəkdə qonşu dövlətlərin bir hissəsinə çevrilə bilər”, - Kiviryan hesab edir.

Onun sözlərinə görə, siyasi sahədə çöküş var: “İstənilən ölkədə müxalifət adətən hakimiyyətlə eyni olur. İdeyası olan qüvvələr başa düşürlər ki, ölkəni xilas etmək lazımdır”.

O, birləşməyə və mövcud hökuməti devirmək üçün mexanizmlər hazırlamağa və təhlükəsizlik proqramlarını həyata keçirməyə çağırıb.

“Bu qüvvələr hakimiyyət dəyişikliyindən sonra ölkəni böhrandan çıxara biləcəklərini göstərməlidirlər. Erməni reallığında iqtidar dəyişikliyinin üç variantı var: seçkilər, inqilab və ya seçki ilə inqilabın hibridi.

Paşinyan erməni cəmiyyəti daxilində “parçala və hökm sür” tezisini mükəmməl şəkildə həyata keçirməyi bacarır. Müstəqil Ermənistanda elita həmişə doyumsuz və savadsız olub, əks halda Paşinyanın hakimiyyətə gəlməsi mümkünsüz olardı”, - deyə Kiviryan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Böhran  


Bizi "telegram"da izləyin