Bəhreyn Azərbaycanın İrandakı səfirliyinə qarşı terror aktını qətiyyətlə pisləyib

2023/01/1674824431.jpg
Oxunub: 201     04:20     28 Yanvar 2023    
Bəhreyn Krallığı Azərbaycanın İrandakı Səfirliyini hədəf alan silahlı terror aktını kəskin şəkildə pisləyib

Ordu.az xəbər verir ki, bu barədə Bəhreyn Krallığının Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Bəhreynin Xarici İşlər Nazirliyi dost Azərbaycan hökumətinə, xalqına və şəhid olanın şəxsin ailəsinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını diləyir.

Nazirlik Bəhreynin zorakılıq və terror aktlarını rədd edən mövqeyindən çıxış edərək, Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına və beynəlxalq pakt və normalara uyğun olaraq diplomatik korpusların toxunulmazlığına hörmət etməyə, onların şəxsi heyətinin təhlükəsizliyini təmin etməyə çağırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bəhreyn   İran  


Bizi "telegram"da izləyin