İƏT Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyib

2023/01/a243c-1674846653.jpg
Oxunub: 284     23:10     27 Yanvar 2023    
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi 27 yanvar 2023-cü ildə Azərbaycan Respublikasının İran İslam Respublikasının paytaxtı Tehranda Səfirliyinə qarşı törədilmiş xain hücumu, səfirliyin təhlükəsizlik xidmətinin rəhbərinin ölümü və iki mühafizəçinin yaralanması ilə nəticələnən xain hücumu qətiyyətlə pisləyir.

Ordu.az xəbər verir ki, bu barədə İƏT-dən bildirilib.

“Baş Katiblik dəhşətli hücumun günahkarlarını məsuliyyətə cəlb etməyə çağırır və diplomatik nümayəndəliyin mühafizəsinin və təhlükəsizliyinin təmin edilməsinin zəruriliyini vurğulayır.

İƏT-in baş katibi Hissein Braham Taha Azərbaycan hökuməti və xalqı ilə həmrəy olduğunu bildirərək, hadisə zamanı həlak olan mərhumun ailəsinə başsağlığı verib və yaralananların tezliklə sağalmasını arzulayıb”, - təşkilatın yaydığı bəyanatda qeyd olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İƏT   İran  


Bizi "telegram"da izləyin