Şimali Kipr Türk Respublikasının Prezidenti Azərbaycana başsağlığı verib

2021/12/ersin-1639127714.jpg
Oxunub: 229     21:52     27 Yanvar 2023    
Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror hücumunu sərt şəkildə qınayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ersin Tatar tviter hesabında paylaşım edib.

Paylaşımda deyilir: “Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən silahlı hücumu qınayır, hücum nəticəsində həlak olan mühafizə rəisinə Allahdan rəhmət, yaralananlara tezliklə sağalmalarını arzulayıram. Kədəriniz kədərimizdir. Şimali Kipr Türk Respublikası daim Can Azərbaycan xalqının yanındadır. Başın sağ olun, Azərbaycan”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şimali-Kipr  


Bizi "telegram"da izləyin