Kanadadakı diasporumuz İrandakı hücumla bağlı beynəlxalq ictimaiyyətdən ədalətli mövqe tələb edir

2023/01/b44a3-1674839182.jpg
Oxunub: 249     20:45     27 Yanvar 2023    
Kanadada fəaliyyət göstərən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi ölkəmizin İrandakı səfirliyinə silahlı hücumla bağlı Kanada ictimaiyyətinə və beynəlxalq təşkilatlara müraciət edib.

Bu barədə Ordu.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Bəyanatda bu ölkədə yaşayan Azərbaycan əsilli kanadalıların səfirliyin təhlükəsizlik xidmətinin rəhbəri Orxan Əsgərovun qətli və iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktından dərin narahatlıq keçirdikləri vurğulanıb. Bildirilib ki, icmamız qanlı olayın arxasında İranın xüsusi xidmət orqanlarının dayandığına şübhə etmir.

Diaspor təşkilatı yerli və beynəlxalq ictimaiyyəti regionumuzda baş verənlərlə bağlı ədalətli mövqe tutmağa, sülh və insanlıq əleyhinə yönəlmiş cinayətlərə görə cavabdeh şəxslərin ən qısa zamanda məsuliyyətə cəlb olunması istiqamətində əməli addımlar atmağa çağırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada  


Bizi "telegram"da izləyin