İordaniya XİN terror aktı ilə bağlı Azərbaycana başsağılığı verib

2023/01/1674835907.jpg
Oxunub: 235     19:45     27 Yanvar 2023    
İordaniya XİN Azərbaycanın İrandakı səfirliyinə terror hücumu ilə bağlı Azərbaycana başsağılığı verib.

Ordu.az-ın məlumatına görə, açıqlamada deyilir:

"İordaniya Xarici İşlər və Mühacir məsələləri Nazirliyi bu gün Azərbaycan Respublikasının İranın paytaxtı Tehrandakı Səfirliyinin əməkdaşlarının məruz qaldıqları hücumun qurbanları ilə əlaqədar Azərbaycan Respublikasının hökuməti və xalqına dərin hüznlə başsağlığını ifadə edir.

Nazirlik Krallığın Azərbaycan Respublikasının hökuməti və xalqı ilə həmrəyliyini, xüsusən də diplomatik nümayəndəliklərin binalarını və orada çalışanları hədəfləyən zorakılığın bütün formalarını rədd etdiyini xüsusi qeyd edir, həlak olan şəxsin ailəsinə başsağlığını, yaralananlara isə tezliklə şəfa tapmaq arzusunu ifadə edir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İordaniya   İran  


Bizi "telegram"da izləyin