XİN: Pakistan hökuməti və xalqı Azərbaycan səfirliyinə hücumla bağlı dərin kədər hissi keçirir

2021/02/16143-1614323828.jpg
Oxunub: 269     20:08     27 Yanvar 2023    
Bu gün Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumla bağlı Pakistan hökuməti və xalqı dərin kədər hissi keçirir.

Ordu.az xəbər verir ki, bunu Pakistan XİN-in mətbuat xidməti açıqlayıb.

“Həlak olanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalması üçün dua edirik. Pakistan bu kədərli məqamda qardaş Azərbaycan xalqı ilə həmrəydir”, - XİN-in məlumatında vurğulanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Azərbaycan  


Bizi "telegram"da izləyin