Ordu.az xəbər verir ki, bununla bağlı Estoniya XİN başçısı "Twitter"də bildirib.
“Bu gün Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu qətiyyətlə pisləyirəm. Hər hansı diplomatik nümayəndəliyə qarşı istənilən zorakılıq hərəkəti tamamilə qəbuledilməzdir. Qətlə yetirilən şəxsin ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananların isə tezliklə sağalmasını diləyirəm", - Reinsalu qeyd edib.
Ordu.az