İraq səfirliyi Azərbaycana başsağlığı verib

2023/01/1674830096.jpg
Oxunub: 205     18:13     27 Yanvar 2023    
İraq Respublikasının Bakıdakı səfirliyi Azərbaycan Respublikasının Tehrandakı səfirliyində terror aktı törədilməsi xəbərini böyük kədər hissi ilə alıb.

Bu barədə səfirlikdən Ordu.az-a verilən məlumatda bildirilib.

Qeyd edilib ki, səfirlik bu qorxaq cinayəti pisləyərək dərin hüznlə başsağlığı verir.

“Azərbaycan hökumətinə və həlak olan şəhidin ailəsinə, yaxınlarına dərin kədərlə başsağlığı verir, həmçinin yaralılara və xəsarət alanlara şəfa diləyir, Rəbbimizdən Azərbaycan hökuməti və xalqı üçün təhlükəsizlik və əmin-amanlıq diləyirik”, - məlumatda qeyd edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   Azərbaycan  


Bizi "telegram"da izləyin