Xorvatiya səfirliyi: “Azərbaycan səfirliyinə silahlı hücum bizi şoka salıb”

2023/01/1674829851.jpg
Oxunub: 267     18:02     27 Yanvar 2023    
Xorvatiyanın Azərbaycandakı səfirliyi Azərbaycanın İrandakı səfirliyində baş vermiş terror aktı ilə bağlı başsağlığı verib.

Ordu.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin feysbuk səhifəsində məlumat verilib.

“Bu gün Azərbaycanın İrandakı səfirliyinə insan tələfatı ilə nəticələnən silahlı hücum bizi şoka salıb. Həyatını itirən şəxsin ailəsinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzu edirik”, - səfirliyin paylaşımında qeyd edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xorvatiya   İran  


Bizi "telegram"da izləyin