Ordu.az xəbər verir ki, Ali Məclis diplomatik nümayəndəliyin mühafizə xidfmətinin rəisinin həlak olmasına görə başsağlığı verib:
"Ölkəmizin İrandakı səfirliyinə qarşı törədilmiş terror aktını şiddətlə pisləyir, səfirliyin həlak olan mühafizə xidmətinin rəisi baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik", - Ali Məclisin açıqlamasında vurğulanıb.
Ordu.az