Litva səfirliyi Azərbaycan xalqına başsağlığı verib

2023/01/2023_-1674823231.jpg
Oxunub: 4332     16:33     27 Yanvar 2023    
Litvanın Azərbaycandakı səfirliyi Azərbaycanın İrandakı səfirliyinə təşkil edilən terror hücumu ilə bağlı başsağlığı verib.

Ordu.az xəbər verir ki, bu barədə qurumun tviterində paylaşım edilib.

"Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror hücumu qəbuledilməzdir", - paylaşımda bildirilib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   İran  


Bizi "telegram"da izləyin