Erməni siyasi xadim: “Qərbin Ermənistana dəstəyinin qiyməti rusları Qarabağdan qovmaqdır, bəs biz hazırıqmı?”

2022/10/92136-1666007752.jpg
Oxunub: 502     21:16     27 Yanvar 2023    
“Ermənistan tərəfindən İsveçrə və bütün digər dövlətlər istiqamətində diplomatik hücum var”.

Ordu.az xəbər verir ki, bunu İsveçrə-Ermənistan parlament dostluq qrupunun baş katibi Sarkis Şahinyan deyib.

Onun sözlərinə görə, İsveçrə ATƏT-də, xüsusilə BMT Təhlükəsizlik Şurasında mühüm imkana malikdir.

“Mühüm addımlara diplomatik yolla başlamaq lazımdır. Fransada baş verənlər Ermənistanın diplomatik fəaliyyətinin nəticəsi və Makronun təşəbbüsüdür. Fransanın bu addımı təkcə İrəvanın baxışı deyil, həm də Makronun öz təşəbbüsü idi. Qərbin Ermənistana dəstəyinin qiyməti rusları Qarabağdan qovmaqdır, bəs biz hazırıqmı?”, - deyə Şahinyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ATƏT   Ermənistan  


Bizi "telegram"da izləyin