Ordu.az xəbər verir ki, bunu Ermənistanın ABŞ-dakı səfirinin keçmiş müavini Armen Xarazyan deyib.
Xarazyanın sözlərinə görə, Ermənistan tərəfinin Rusiya ilə işləmək təcrübəsi var, blefi real imkanlardan ayırmağı bilir.
“Ermənistan Rusiyanı dəvət etməli və məsələləri sivil şəkildə müzakirə etməlidir. Ermənistan öz işini davam etdirməlidir. KTMT heç bir müsbət rol oynamadı. Ermənistan imkan verməməlidir ki, Rusiya Ermənistanın sərhədlərində Aİ-nin hansı missiyasını yerləşdirməyə qərar versin”, - deyə o qeyd edib.
Sabiq erməni diplomat vurğulayıb ki, Ermənistanın dövlət idarəetmə sistemini düzgün relslərin üzərinə qoymaq lazımdır.
“Ermənistana irəliləmək üçün aydın strategiya lazımdır. Ermənistanda ardıcıllıq və prosedurlarla işləmək mədəniyyətinə sahib olmaq lazımdır. Dövlətin və cəmiyyətin kompakt olması lazımdır. Ermənistanın kommunikasiya sistemi təkmilləşdirilməlidir, burada bir neçə amil var”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az