Erməni ictimai xadim: “Ermənistanda hərbi varlıq olarsa, bu, Fransa deyil, ABŞ olacaq”

2022/09/1663582868.jpg
Oxunub: 247     16:00     27 Yanvar 2023    
“Aİ missiyasının yerləşdirilməsi bir neçə təbəqədən ibarətdir”.

Ordu.az xəbər verir ki, bunu Fransada nəşr olunan “Nor Yarac” qəzetinin redaktoru Jirayr Çolakyan deyib.

Onun sözlərinə görə, xristian Ermənistan Fransanın sağçı qüvvələri üçün mühüm dayaqdır.

“Makron sağçı qüvvələrin ideyalarını nəzərə alır. Fransanın Ermənistanla tarixi əlaqələri var. Makronun səyləri ilə Aİ-nin missiyası yerinə yetirildi”, - deyə Çolakyan qeyd edib.

O bildirib ki, Ermənistanla Fransa arasında hərbi-texniki əməkdaşlığın formalaşdırılması çətindir.

“Ermənistanda hərbi varlıq olarsa, bu, Fransa deyil, ABŞ olacaq”, - deyə Çolakyan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Ermənistan  


Bizi "telegram"da izləyin