“Ərdoğan məğlub olsa, Ermənistan-Türkiyə münasibətləri yaxşılaşmayacaq” - Estukyan

2022/05/1652698996.jpg
Oxunub: 345     14:21     27 Yanvar 2023    
“Türkiyədə uzun müddətdir ki, seçkilərin vaxtından əvvəl keçiriləcəyindən danışılır. Rəsmi məlumat verilməsə də, Prezident Ərdoğan mayın 14-də seçkilər baş tutacağını açıqlayıb”.

Ordu.az xəbər verir ki, bunu İstanbulda nəşr edilən “Akos” qəzetinin erməni dili bölməsinin redaktoru Baqrat Estukyan deyib.

Onun sözlərinə görə, müxalifət iki ildir ki, növbədənkənar seçkilərin keçirilməsini tələb edir.

“İndi bu seçkilər o qədər də növbədənkənar deyil, çünki bir ay vaxtından əvvəl keçiriləcək. Hakimiyyət dəyişikliyi olduqca mümkündür. Davudoğlu və Əli Babacanın imkanları çox zəifdir. Əvvəla, onların hər ikisi əvvəlki hakimiyyətin tərkibində olan insanlardır. Xüsusən də Davudoğlu Baş nazir vəzifəsində çalışıb və onun partiyası səs verənlər arasında bir-iki faiz gücə malik deyil. Babacan üçün də eyni şeyi demək olar, onun göstəricisi maksimum 3 faiz olar, ona görə də onların namizəd olması ehtimalı yoxdur. Daha çox həm Ankaranın, həm də İstanbulun bələdiyyə sədrləri haqqında danışılır. Amma Ankara bələdiyyə başqanı da seçiminin partiya sədri olduğunu açıqlayıb, yəni namizədliyi barədə danışmadı. Eyni şey İstanbul bələdiyyə sədrinə də aiddir. Ona görə də gözləyək görək hansı qərar veriləcək”, - deyə Estukyan qeyd edib.

“Ərdoğanın məğlubiyyəti ilə Ermənistan-Türkiyə məsələlərində irəliləyiş olacağına dair gözləntilərimiz varmı?” sualına Estukyan belə cavab verib: “Ciddi dəyişiklik olacağını düşünmürəm, çünki bir çox məsələlərdə müxalifətlə iqtidarın ideologiyası eynidir, xüsusən də milli məsələlərlə bağlı. Ona görə də vacib dəyişikliklərin olacağını düşünmürəm”.

“Bəs Ermənistan-Türkiyə barışıq prosesini seçkilər poza bilərmi?” sualına cavab olaraq o qeyd edib: “Xeyr, mən belə düşünmürəm. Yaxşılaşma, tərəqqi baxımından bir az ümid etmək olar. Ermənistan-Türkiyə münasibətləri baxımından isə çox böyük dəyişikliklər gözləmək lazım deyil”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ermənistan  


Bizi "telegram"da izləyin