"Azərbaycanın Tehran səfirliyinə hücumu törədəni və bunu etdirənləri lənətləyirəm" - Yalçın Topçu

2020/11/eaaac-1605072843.jpg
Oxunub: 244     13:30     27 Yanvar 2023    
Azərbaycanın Tehran səfirliyinə mənfur hücumu edən şəxsi və bunu etdirənləri lənətləyirəm.

Bunu Ordu.az-a açıqlamasında Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu bildirib.

"Bu alçaq hücumda şəhid olan qardaşımıza Allahdan rəhmət, ailəsinə və Azərbaycan xalqına başsağlığı, yaralılarımıza şəfalar diləyirəm. Böyük Atatürkün sözləri ilə desək, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, “Biz bir millət, iki dövlətik”. Ankara Bakıdır, Bakı Ankaradır", - deyə Y. Topçu əlavə edib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Azərbaycan  


Bizi "telegram"da izləyin