Ordu.az xəbər verir ki, “Helsinki təşəbbüsü-92” Qarabağ komitəsinin koordinatoru, ermən ictimai xadim Karen Ohancanyanın sözlərinə görə, əslində bu haqda çoxlu şayiələr dolaşır.
“Mən özüm də çox adamdan eşitmişəm ki, onlar Rusiya sülhməramlılarından zəruri malları çox baha qiymətə alırlar, üstəlik, Rusiya sülhməramlıları hətta pul müqabilində adam aparırlar. Şayiələr dolaşır ki, rus sülhməramlılar baş verən hadisələrdən külli miqdarda pul qazanırlar. Mən sadəcə olaraq təəccüblənirəm ki, bu şəraitdə yalnız işğalçı qüvvələr adlandırdığım Rusiya sülhməramlı qüvvələrinin komandanlığı onsuz da ləkələnmiş nüfuzuna silinməz əxlaqsızlıq kölgəsi salan o şayiələri təkzib edən bəyanat yaymır”, - deyə o qeyd edib.
Ohancanyan bildirib ki, Qarabağdakı rus sülhməramlıların korrupsiya sxemləri ilə külli miqdarda pul qazanması ciddi şəkildə araşdırmalıdır.
Alpər Mövludoğlu
Ordu.az