Erməni ictimai xadim: “İnsanlar anlayırlar ki, öz fəallıqları ilə İlham Əliyevə heç bir şəkildə təsir edə bilməzlər”

2023/01/fghgf-1674811233.jpg
Oxunub: 407     17:01     27 Yanvar 2023    
“İnsanlar anlayırlar ki, öz fəallıqları ilə İlham Əliyevə heç bir şəkildə təsir edə bilməzlər”.

Ordu.az xəbər verir ki, bunu erməni ictimai xadim, mədəniyyət antropoloqu Ağasi Tadevosyan deyib.

Tadevosyanın şübhələri var ki, insanları passivlikdə ittiham etmək kənardan, xüsusən də Rusiyadan yönləndirilir.

“Rusiya zəiflədikcə, Ermənistanın öz suverenliyini bərpa etməsinin mümkün olduğunu anlayır. Biz insanların təfəkkürünü təhrif etməklə, onları suverenlikdən məhrum etməklə məşğul olmuşuq. Şüurlu və şüursuz agentlər sayəsində biz əsir olmuşuq və indi əsirlikdən azad olmuşuq. Cəmiyyətimiz təkcə beynəlxalq sərt güc sahəsində deyil, həm də yumşaq güc sahəsində mübarizə aparır. Ermənistan öz xarici siyasətini aparmağa çalışır, güclü aktorları nəzərdən keçirir”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tadevosyan   Ermənistan  


Bizi "telegram"da izləyin