Fərid Şəfiyev: "Azərbaycan səfirliyinə hücuma görə İran məsuliyyət daşıyır"

2021/12/fghjf-1638463548.jpg
Oxunub: 248     13:02     27 Yanvar 2023    
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycanın İrandakı səfirliyinə edilmiş silahlı hücumu şərh edib.

Mərkəzdən Ordu.az-a verilən xəbərə görə, şərhdə deyilir:

"Bu gün saat 8:30-da Azərbaycanın İrandakı Səfirliyinə silahlı hücum olub. Hadisə nəticəsində bir nəfər azərbaycanlı təhlükəsizlik əməkdaşı həlak olub, iki nəfər xəsarət alıb.

Qeyd etmək lazımdır ki, son 2 ildə bu Azərbaycanın diplomatik missiyasına edilmiş sayca 5-ci hücumdur. Bunlardan birincisi İrana bağlı dini qruplaşma tərəfindən Londonda, 2 hücum radikal ermənilər tərəfindən Parisdə və növbətisi yenə ermənilər tərəfindən Beyrutda törədilib.

Diplomatik əlaqələr haqqında 1961-ci ildə qəbul olunmuş Vyana Konvensiyasına əsasən ev sahibi ölkə xarici missiyaların təhlükəsizliyinə tam məsuliyyət daşıyır. İran rəsmiləri hücumun şəxsi səbəblər zəminində baş verdiyini iddia etsələr də, yenə də buna görə məsuliyyət daşıyırlar. Azərbaycana qarşı İranda əks təbliğat kampaniyasından və daha əvvəl Londona edilmiş hücumdan xəbərdar olan İran Azərbaycan səfirliyinin mühafizəsi üçün tədbirləri daha da gücləndirməli idi. Bu iranlı və ermənilər tərəfindən Azərbaycan səfirliklərinin hücuma məruz qaldığı digər ölkələrə də aiddir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fərid-Şəfiyev   İran   Hücum  


Bizi "telegram"da izləyin