“ABŞ dövlət katibi Blinkenin çağırışı prosesin tərkib hissəsidir, amma təcrübə göstərir ki, İlham Əliyevə nə qədər çağırışlar edilsə də, beynəlxalq ictimaiyyətin, beynəlxalq təşkilatların müxtəlif nümayəndələri tərəfindən nə qədər çağırışlar olsa da, beynəlxalq mətbuat bunu nə qədər işıqlandırsa da, bu, İlham Əliyevin hərəkətlərinə xüsusi təsir göstərmir”.
Ordu.az xəbər verir ki, bunu erməni amerikaşünas Suren Sarkisyan deyib.
Onun sözlərinə görə, Türkiyə diplomatiyası tam olaraq İlham Əliyevin arxasındadır.
“Düşünürəm ki, belə bir şəraitdə təbii olaraq çağırışlar vacibdir, lakin Azərbaycan tərəfindən real fəaliyyətə gətirib çıxarmır. Təbii ki, ABŞ-ın Türkiyəyə müəyyən təsir rıçaqları var, lakin bu gün Türkiyə ABŞ üçün daha önəmlidir və onlar Türkiyədən həm Ukrayna böhranı, həm də Yaxın Şərq kim çox daha vacib məsələlərdə tərəfdaş kimi istifadə etməyə çalışırlar. Başqa sözlə, ABŞ Türkiyə ilə balanslı təzyiq və balanslı iş aparmağa çalışır ki, bu zaman da təbii olaraq Türkiyə bundan yararlanır və öz oyununu irəli aparır”, - deyə Sarkisyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
ABŞ
Türkiyə