Azərbaycan səfirliyinə hücumun arxasında SEPAH dayanır

2023/01/MyCol-1674807373.jpg
Oxunub: 738     12:14     27 Yanvar 2023    
İrandakı səfirliyinə hücumun arxasında İran xüsusi xidmət orqanları dayanır.

Ordu.az xəbər verir ki, bu barədə teleqram kanalları məlumat yayıb.

Hücum edən şəxsin İranın xüsusi xidmət orqanları, xüsusilə də SEPAH-la əlaqəli olduğu ehtimal olunur.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Hücum  


Bizi "telegram"da izləyin