Türkiyə XİN: Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyirik

2022/05/df123-1653549310.jpg
Oxunub: 196     12:07     27 Yanvar 2023    
"Bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə edilən silahlı hücumu pisləyirik. Bu hücumda həyatını itirən səfirliyin əməkdaşına Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirik".

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, əvvəllər oxşar hücumlara məruz qalan Türkiyə Azərbaycan xalqının ağrısını anlayır və bölüşür.

“Bu alçaq hücuma görə məsuliyyət daşıyanların dərhal tapılıb məsuliyyətə cəlb edilməsi və təkrarlanmaması üçün bütün lazımi tədbirlərin görülməsi böyük əhəmiyyət kəsb edir. Qardaş Azərbaycan heç vaxt tək deyil. Azərbaycana dəstəyimiz həmişə olduğu kimi, indi də davam edəcək”, - bəyanatda vurğulanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İran  


Bizi "telegram"da izləyin