Türkiyənin hakim partiyası: Hər zaman Can Azərbaycanın yanındayıq

2021/07/584d0-1627277798.jpg
Oxunub: 185     12:00     27 Yanvar 2023    
“Azərbaycanın İrandakı səfirliyinə edilən xain hücumu şiddətlə qınayırıq”.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Numan Kurtulmuş tviterdə yazıb.

O, silahlı hücumda səfirliyin mühafizə xidmətinin rəisinin şəhid olmasına görə Azərbaycan xalqına başsağlığı verib: “Tək millər, iki dövlət prinsipi ilə hər zaman Can Azərbaycanın yanındayıq”.

Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çəlik də Azərbaycan xalqına başsağlığı verib: “Qardaş Azərbaycanın Tehrandakı səfirliyinə təşkil olunan hücumu lənətləyirik. Allah şəhid olan qardaşlarımıza rəhmət eləsin. Yaralılara şəfa arzulayıram”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə  


Bizi "telegram"da izləyin