Azərbaycan Səfirliyinə hücum edən şəxs 14 yaşlı qız və 7 yaşlı oğlanla birlikdə olub - YENİLƏNİB

2023/01/photo-1674804822.jpg
Oxunub: 766     11:48     27 Yanvar 2023    
Səfirliyə hücum edən şəxs 14 yaşlı qız və 7 yaşlı oğlanla birlikdə olub.

Ordu.az xəbər verir ki, bu barədə İran SEPAH-a yaxın mənbə məlumat yayıb.

Qeyd olunub ki, 50 yaşlı kişi Azərbaycanın Tehrandakı səfirliyinə hücum edib. İstintaqın ilkin məlumatlarına görə, o, 2 azyaşlı uşaq: 14 yaşlı qız və 7 yaşlı oğlanla birlikdə “Pride” markalı avtomobillə inzibati binaya gedib.

Şübhəli şəxs səfirliyin binasına daxil olaraq binanın birbaşa girişində atəş açıb.

***
Ordu.az xəbər verir ki, bu barədə Tehran polisinin rəisi Sərdar Hüseyn Rəhimi danışıb.

O, Azərbaycan səfirliyinə silahlı hücum edən şəxsin həbs olunduğunu deyib. Rəhimi qeyd edib ki, polisin çevik hərəkəti ilə hücum edən şəxs dərhal həbs edilib və istintaq davam edir.

“Saxlanılan şəxs iki azyaşlı uşağı ilə səfirliyə daxil olub. O, ilk ifadəsində hadisəni şəxsi və ailə problemləri ilə əlaqələndirib”, - deyə polis rəisi vurğulayıb.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Azərbaycan  


Bizi "telegram"da izləyin