Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs tutulub

2023/01/63a10-1674804578.jpg
Oxunub: 1020     11:15     27 Yanvar 2023    
Xəbər verdiyimiz kimi, bu gün səhər saat 8.30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub.

Ordu.az xəbər verir ki, hücum edən şəxs saxlanılıb.

İran tərəfi məsələ ilə əlaqədar araşdırmalara başlayıb.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Azərbaycan  


Bizi "telegram"da izləyin