Ordu.az xəbər verir ki, məlumatı Gürcüstanın hökumət administrasiyası yayıb.
Qeyd olunub ki, “WARMATE” (kamikadze) və “FLYEYE” (kəşfiyyat) adlı PUA-ların Krtsanisi poliqonunda keçirilən sınaq uçuşları uğurlu olub. Sınaq uçuşlarının polşalı və gürcü mütəxəssislər tərəfindən həyata keçirildiyi bildirilib.
Məlumata görə “FLYEYE” PUA-sı istənilən iqlim zonasında, çətin meteoroloji və radio-elektron mübarizə şəraitində real zamanlı müşahidə aparmağa imkan verir. “WARMATE” PUA-larının isə müxtəlif döyüş başlıqlarının olduğu, artıq həm Polşada, həm də NATO-nun digər üzv ölkələrində ordu birləşmələri, eləcə də xüsusi təyinatlı qüvvələr tərəfindən istifadə edildiyi bildirilib.
Gürcüstanın “Delta” müdafiə sənayesi şirkəti tərəfindən yığılmış PUA-ların sınaq nümayişində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də iştirak edib.
Müəssisəsinin illik yüzlərlə PUA istehsal etmək qabiliyyətinin olduğu vurğulanıb.
Ordu.az