Rusiya və Ukrayna ombudsmanları repatriasiya olunacaq şəxslərə köməklə bağlı razılığa gəliblər

2022/12/63b06-1672505554.jpg
Oxunub: 253     05:29     27 Yanvar 2023    
Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova və Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Dmitri Lubinets videokonfrans vasitəsilə növbəti görüş zamanı vətənə qaytarılmalı olan ağır yaralıların siyahılarının mübadiləsi barədə razılığa gəliblər.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Ombudsmanının Telegram kanalında məlumat verilib.

Moskalkovanın sözlərinə görə, tərəflər vətəninə qaytarılmalı olan ağır yaralıların siyahılarının mübadiləsinə yardım və deportasiyaya məruz qalan vətəndaşların geri qaytarılmasında səlahiyyətli orqanlara kömək göstərmək barədə razılığa gəliblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya  


Bizi "telegram"da izləyin