Dövlət Departamenti: ABŞ Azərbaycan-Ermənistan sülh danışıqlarına sadiqdir

2021/07/ssas-1626428863.jpg
Oxunub: 237     05:05     27 Yanvar 2023    
“ABŞ Azərbaycan-Ermənistan sülh danışıqlarına sadiqdir”.

Ordu.az xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel brifinqdə deyib.

“Biz tərəfdaşların, o cümlədən Avropa İttifaqının regionda etimadın yaradılması və Ermənistanla Azərbaycan arasında birbaşa dialoq üçün əlverişli mühitin təmin edilməsi istiqamətində səylərini alqışlayırıq. Biz bilavasitə bütün tərəfdaşlarımızla və effektiv olduqda regiondakı tərəfdaşlarımızla sıx işləməyə davam edirik”, - xarici siyasət idarəsinin nümayəndəsi vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan  


Bizi "telegram"da izləyin