Danimarkanın müdafiə naziri qadınların hərbi xidmətə cəlb olunmasına çağırıb

2023/01/12124-1674758273.jpg
Oxunub: 313     22:26     26 Yanvar 2023    
Danimarkanın müdafiə naziri Yakob Ellemann-Jesen qadınların hərbi xidmətə cəlb olunmasına çağırıb.

Ordu.az yerli KİV-ə istinadən xəbər verir ki, müdafiə naziri, həmçinin kişilər üçün məcburi hərbi xidmət müddətinin uzadılmasını təklif edib.

Onun sözlərinə görə, bu cür tədbirlər Danimarkanı Ukraynadakı müharibəyə görə hərbi təhlükədən qorumaq üçün lazımdır.

Danimarkada 18 yaşdan 30 yaşa qədər kişilər üçün məcburi hərbi xidmət var. Xidmət müddəti - dörd aydan 12 aya qədərdir. Qadınların Danimarka ordusuna könüllü qatıla bilərlər.

Qadınlar üçün məcburi hərbi xidmət İsrail, Şimali Koreya, Tayvan, Yunanıstan, Myanma, Malayziya, Eritreya, Norveç və İsveçdə qüvvədədir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Danimarka   Qadınlar  


Bizi "telegram"da izləyin