Azərbaycanın Hollandiyadakı səfirliyi erməni saxtakarlığını ifşa edib

2023/01/sdfd4-1674750145.jpg
Oxunub: 218     19:42     26 Yanvar 2023    
Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustavayev erməni saxtakarlığını ifşa edib.

Azərbaycanın Niderlanddakı Səfirliyindən Ordu.az-a bildirilib ki, Azərbaycanın Niderlanddakı səfirinin dekabrın 20-də Rotterdam şəhərinin meri ilə görüşünün məzmunu və bu görüşdə Azərbaycanın ünvanına səsləndiyi iddia edilən tənqidlərlə bağlı Ermənistan KİV-lərində və teleqram kanallarında yer alan mötəbər olmayan və təxribat xarakterli məlumatlar ilə əlaqədar olaraq, səfirliyin mətbuat xidməti aşağıdakıların məlumatlandırılmasını zəruri hesab edir.

Azərbaycan səfirinin təşəbbüsü ilə keçirilən bu görüş sırf Azərbaycan və Rotterdam arasında ikitərəfli iqtisadi, investisiya, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın inkişafına həsr olunub. Orada nə siyasi məsələlərə, nə də Laçın yolu ətrafındakı vəziyyətə baxılmayıb. Müvafiq olaraq, müstəsna mehribanlıq şəraitində keçən bu görüşdə heç kimin ünvanına hər hansı tənqidə işarə belə olmayıb. Əksinə, yeri gəlmişkən, 2013-cü ilin noyabrında Bakıda rəsmi səfərdə olan mer tərəfindən iki ölkə arasında ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm təşəbbüslər irəli sürülüb.

Münaqişədən sonrakı vəziyyətə gəlincə, səfirlik qeyd edib ki, görüş zamanı səfir R.Mustafayev Rotterdam şəhərinin meri və onun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvlərinə “Qarabağ işğaldan əvvəl və sonra” albomunu, ilk növbədə, Ağdamın yerlə-yeksan edilmiş fotoşəkillərini göstərib. Eyni zamanda, səfir Rotterdamın da Ağdam kimi II Dünya Müharibəsi zamanı nasistlər tərəfindən amansız və vəhşicəsinə dağıdıldığını, dağıdılmış Rotterdamın bərpası sahəsində Niderlandın təcrübəsinin Ağdamın bərpası üçün faydalı ola biləcəyini qeyd edib.

“Yuxarıda qeyd olunanlarla əlaqədar səfirlik Niderlandın erməni icmasını 2023-cü ildə xəyallar və fantaziyalar dünyasından reallıq dünyasına qayıtmağa və enerjilərini təxribatlar üçün deyil, sülh və xeyirxahlığın bərqərar olmasına kömək etməyə çağırır. Erməni icmasının dağıdıcı və məsuliyyətsiz informasiya və siyasi fəaliyyəti Azərbaycan və Niderland arasında dostluq və əməkdaşlığın gələcək inkişafına mane olmayacaq. Səfirlik Azərbaycanın Rotterdam və digər şəhərlərlə hərtərəfli əlaqələrini daha da inkişaf etdirmək niyyətindədir”, - məlumatda deyilir.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan KİV-i guya Azərbaycan səfiri ilə görüşdə Rotterdam şəhərinin merinin “Ermənistana təcavüzü” kəskin tənqid etməsi və Laçın yolunun “kilidini açmağa” çağırdığı xəbərini yayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Hollandiya  


Bizi "telegram"da izləyin