"Gürcü arzusu": Ukraynaya hər hansı silah tədarükü hərbi münaqişədə birbaşa iştirak deməkdir

2023/01/sdfd4-1674750044.jpg
Oxunub: 1142     19:01     26 Yanvar 2023    
Ukraynaya hər hansı silah tədarükü hərbi münaqişədə birbaşa iştirak deməkdir ki, biz buna yol verə bilmərik.

Ordu.az xəbər verir ki, bunu Gürcüstanın hakim “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze Ukrayna xarici işlər nazirinin müavini Yevgeni Perebinisə cavabında deyib.

O, Ukraynanın hökumət nümayəndələrinin Gürcüstanla bağlı çağırışlarının təəssüf doğurduğunu qeyd edib:

“İkinci cəbhə ilə bağlı çağırışlar dayanmır. Bunu bəzən birbaşa, bəzən isə dolayı yollarla edirlər. Təbii ki, Ukraynanı istənilən silahla təmin etmək hərbi münaqişədə birbaşa iştirak deməkdir, biz buna yol verə bilmərik. Ukrayna hökumətinin nümayəndələrinin praktiki olaraq açıq formada belə çağırışlar etməsi çox təəssüf doğurur. Təbii ki, bu ciddi problemdir”.

Qeyd edək ki, Ukrayna xarici işlər nazirinin müavini Yevgeni Perebinis Gürcüstanın Ukraynaya silah və hərbi texnika tədarük edən tərəfdaşlar siyahsına qoşulacağına ümid etdiyini bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Silah   Kobaxidze  


Bizi "telegram"da izləyin