Erməni hərbi qulluqçu: “Korpus komandirinin hərəkətsizliyi nəticəsində türklər gəlib postları tutublar”

2023/01/31895-1674730998.jpg
Oxunub: 1073     21:18     26 Yanvar 2023    
Ermənistanın ikinci ordu korpusunun keçmiş komandiri, general-mayor Arayik Harutyunyan saxlanılıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, o, 2021-ci il mayın 12-də Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin Göyçə istiqamətində, Yuxarı Şorca, Zərkənd və Böyük Qaraqoyunlu yaşayış məntəqələri ərazisində irəliləməsində ittiham olunur.

Bildirilir ki, hərbi hissə komandirinin hərəkətsizliyi nəticəsində döyüş növbətçiliyi qurulmayıb və Azərbaycan Ordusunun bölmələri əraziyə daxil olublar.

General Harutyunyana qarşı 2003-cü ildə qəbul edilmiş Ermənistan Cinayət Məcəlləsinin 365-ci maddəsinin 3-cü hissəsi ilə ittiham irəli sürülüb.

“Forrights.am” nəşri ikinci ordu korpusunda xidmət edən erməni hərbi qulluqçulardan biri ilə danışa bilib.

Onlar əmin edirlər ki, general Harutyunyan sevilən komandirlərdən deyil. “Onun tabeliyində olan hərbi hissələrdə çoxları onu ittiham edir, onun hərəkətsizliyi nəticəsində türklər gəlib postları tutublar. O bu vəzifəyə təkbaşına çatmazdı. Artak Davtyanın kadrıdır”, - deyə adı çəkilməyən erməni hərbi qulluqçu bildirib.

Artak Davtyan 2018-ci il mayın 24-dən 2020-ci il iyunun 8-dək Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olub, daha sonra Yüksək Texnologiyalar və Sənaye Nazirliyinə təyin olunub və bir ilə yaxın Hərbi Sənaye Komitəsinin sədri vəzifəsini tutub.

Alpər Mövludoğlu
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Cinayət  


Bizi "telegram"da izləyin