“Yatmışdıq, qışqırıqlardan ayağa qalxdım. Qalxdım, alov artıq içəri girirdi. Ayağa qalxdım və ilk işim üzüm yanmasın deyə döşəyi başıma atmaq oldu, yataq otağımızın qapısını sındırmaq istədilər, amma sınmadı. Orada yanıq xəsarətləri aldım. Yuxudan oyananda qarışıq bir vəziyyət var idi. Yadımdadır, qapını sındırmağa çalışanlar var idi, yadımdadır, ətrafa qaçan adamlar var idi. Artıq yanğın qapıdan bir metr içəri girmişdi. Yanğın çox hündür idi”, - deyə o bildirib.
“Yoldaşların yatmışdılar, yoxsa oyaq idilər?” sualına Qaruş cavab olaraq bildirib: “Düzünü desəm, heç kimin uzandığını görmədim. Mən heç kimin uzandığını görmədim. Yadımdadır, qarışıq vəziyyət idi, ətrafda qaçanlar var idi, hətta mənə qışqıranlar da var idi, insanlar çölə çıxmağa çalışırdılar. Birtəhər ikinci pəncərənin altına əlimi uzatdım, eşitdim ki, pəncərə sındırılıb, o səsdən sıçrayıb yerimdən qalxdım ki, heç olmasa hava ala bilim. Mən “reşotka”nın arasından çiyinlərimə qədər çıxdım, qalanını oğlanlar çıxardılar. Çıxandan sonra daşların, qarın üzərində qaçmağı bacardım, çünki ayaqlarımdan qan axırdı, dözə bilmirdim, ürəyim sıxılırdı. Qarın üstünə uzandım ki, heç olmasa ayaqlarımı soyuq vursun, huşumu itirməyim. Məni kənddəki xəstəxanaya apardılar”.
Sobanı adətən necə yandırdıqlarını soruşduqda Qaruş belə cavab verib: ““Meşok”larla odun qırıntıları toplamışdıq, 5 litrlik butulkaları kəsirdik, “salyarka” əlavə edirdik, sobaya tökürdük, qırıntılar yanmağa və digər odunlara keçməyə başlayırdı. Bunda təhlükəli bir şey yox idi ki, nəsə baş versin”.
O qeyd edib ki, ərazidə traktorlar üçün benzin olub.
Erməni əsgərin dediyinə görə, yanğın əleyhinə vasitələr olub, amma onlar tükənib və dama atıblar.
Erməni əsgər bildirib ki, ev 44 günlük müharibədən sonra kazarma olub. Qaruş 6 ay əvvəl ora gətirilib. “Ev dəhliz, qonaq otağı və yataq otağından ibarət idi. Soba zalın qapısından təxminən 1-1,5 metr aralıda divarın altına qoyulmuşdu”, - deyə o vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az