Erməni hərbi qulluqçunun yaxını: “Onlar avtomat silahlarla PUA-lara qarşı vuruşublar, göydən alov yağırdı”

2020/12/4445-3215002810.jpg
Oxunub: 602     22:12     26 Yanvar 2023    
Ermənistanın “İnsan Haqları Naminə Jurnalistlər” ictimai təşkilatı 13 sentyabr döyüşləri zamanı əsir düşmüş 17 erməni hərbi qulluqçunun ölkələrində hüquqlarının pozulması barədə məlumatlar təqdim edib.

Ordu.az-ın məlumatına görə, bildirilib ki, təxminən 10 erməni hərbi qulluqçu komandirsiz döyüş mövqelərində olublar.

“Sentyabrın 13-də gecə yarısından sonra Azərbaycan Ordusu Göyçə, Dərələyəz və Zəngəzur istiqamətində “hücum”a keçib. 18-20 yaşlı əsgərlər rəqibin qeyri-mütənasib gücünə qarşı son gülləsinə qədər vuruşublar. Son rəsmi məlumatlara görə, erməni tərəfi 224 nəfər itirib”, - məlumatda qeyd olunub.

“İnsan Haqları Naminə Jurnalistlər” ictimai təşkilatı ölmüş erməni hərbi qulluqçuların yaxınları və əsirlikdən qayıdan hərbi qulluqçular ilə görüşüb.

Onlar yardımçı qüvvələrin, komandanlığın və adekvat silahların olmaması problemlərindən danışıblar. Döyüş mövqelərində 10-a qədər hərbi qulluqçu olub, onlar Azərbaycan bölmələri tərəfindən mühasirəyə alınaraq əsir götürülüblər.

Erməni hərbi qulluqçuların yaxınları geri çəkilmə əmrinin vaxtında verilmədiyini qeyd ediblər. Onların bildirdiyinə görə, erməni hərbi qulluqçular lazım gəldikdə yerlərini dəyişməyiblər, Azərbaycan bölmələrinin hədəfinə çevriliblər, buna görə də ölüblər və ya əsir düşüblər.

“Onlar avtomat silahlarla PUA-lara qarşı vuruşublar, göydən alov yağırdı, onların ancaq avtomatları olub, avtomatla nə etməli idilər? Yorulmuşdular, köməyə gəlmədilər. Gündüzlər səngər qazırdılar, gecələr rəqibə qarşı vuruşurdular”, - ölmüş erməni hərbi qulluqçuların yaxınları bildiriblər.

Məlumata görə, Ermənistan Müdafiə Nazirliyi və hökumətin yuxarı dairələri erməni əsgərlərə biganə yanaşıblar. Erməni əsgərlər heç bir dəstək görməyiblər. Ermənistan Müdafiə Nazirliyinin fəaliyyətsizliyi nəticəsində İstisu (Cermuk) ətrafında bəzi erməni hərbi qulluqçular da əsir götürülüb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   PUA   Müharibə  


Bizi "telegram"da izləyin