Ordu.az xəbər verir ki, bunu Azərbaycan tərəfindən Ermənistana təhvil verilmiş erməni hərbi qulluqçulardan birinin anası deyib.
Əsirlikdən qayıdan erməni hərbi qulluqçunun valideynləri övladının ciddi psixoloji problemlərinin olmasından narahatdırlar, Ermənistan Müdafiə Nazirliyi isə ölkəyə qayıtdıqdan sonra keçmiş əsirləri yenidən orduya aparmaq istəyir.
“O, qayıtdıqdan sonra çox depressiyaya düşdü, qorxdu, nə baş verdiyinə qərar verə bilmədi, bizi görəndə çox sevindi, dedi ki, mən yenicə doğulmuşam. Güclü idi, müqavimət göstərməyi bacarırdı, amma qorxu və depressiya getmir. Evə gəldi, amma təcrid olunmuşdu, bizimlə ünsiyyət qurmadı, daim düşünür. Onunla danışırıq, amma cavab vermir, fikri dağılır, unutqanlaşıb. Onu mağazaya göndəririk ki, bir az fikri dağılsın, bir neçə dəfə zəng edib nə alacağını soruşur”, - deyə erməni valideynlər bildiriblər.
Erməni valideynlərin dediyinə görə, komandirin ayağı PUA zərbəsi nəticəsində kəsilib, oğulları komandirin yanında olub, qanaxmanı dayandırıb, sonra isə komandirin özünü partladığının və yanmağa başlamasının şahidi olub. Erməni hərbi qulluqçu həmçinin dostunun ölümünün şahidi olub.
Psixoloq müayinələrdən sonra erməni hərbi qulluqçuda psixoloji problemlər aşkarlayıb. Bütün bunların fonunda əsirlikdən qayıdan erməni hərbi qulluqçuya qarşı hərbi hospitallarda biganə davranış valideynləri narahat edir.
“Mühasirədə olublar, Yuxarı Şorcadakı mövqelərdə mühasirəyə düşüblər. Səhərə qədər döyüşüblər, güllələri bitib, gəlib əsir götürüblər, özlərini partlatmağı düşünüblər”, - deyə valideynlər qeyd ediblər.
Erməni hərbi qulluqçu ilə əlaqə sentyabrın 14-də kəsilib. Valideynlər hərbi hissədən məlumat almağa çalışsalar da, onlara biganə yanaşıblar, elə cavablar eşidiblər ki, övladlarının öldüyünü zənn ediblər, sosial şəbəkələrdə oğullarının əsirlikdə olan görüntülərini görənə kimi morqlara baxmağa başlayıblar.
Əsirlikdən qayıdan erməni hərbi qulluqçunun valideynləri səhhətində problem olan oğullarını orduya göndərməmək üçün Suren Papikyanın rəhbərlik etdiyi Ermənistan Müdafiə Nazirliyinə qarşı carəsiz vəziyyətdə qalıblar.
Alpər Mövludoğlu
Ordu.az