Ordu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın “Sky nyus” nəşrinə müsahibəsində deyib.
O bildirib ki, savaş təkcə xalqına deyil, həm də ailəsinə, xüsusilə 10 yaşlı oğluna təsir edib: “Təəssüf ki, uşaqlarımı az-az görürəm. Onları 10 gündən bir görə bilirəm. Oğlumun cəmi 10 yaşı var. Amma o da başa düşür ki, bu müharibə faciədir. Hətta, məncə, onlar bunu məndən daha yaxşı bilirlər”.
V.Zelenskinin sözlərinə görə, 2022-ci il fevralın 24-ü ailəsi üçün uzun, çətin gecə olub: “Həmin gecə partlayışlar və zənglərin olduğunu xatırlayıram. Yoldaşıma dedim ki, hazır ol. Ona evdə, yəni prezident iqamətgahında qalmağın təhlükəli olduğunu söylədim. Mənə bir neçə dəfə sui-qəsd cəhdi olub. Amma mən kəşfiyyat idarələrinin tövsiyələrinə əməl etmədim, heç hara getmədim”.
Dövlət başçısı deyib ki, o, indiki gərgin məqamda da yumor hissini qoruya bilir: “Mən yumor hissimi heç vaxt itirməmişəm. Düşünürəm ki, insanlar yumoru itərəndə ruhi vəziyyəti də pisləşir. Qələbəni təmin etmək üçün hər səhər nə edəcəyin barədə düşünməlisən”.
Ordu.az