Zelenski Boris Consonu Britaniyanın Ukraynada səfiri görmək istəyir

2022/06/24675-1656337611.jpg
Oxunub: 246     13:39     26 Yanvar 2023    
Böyük Britaniyanın keçmiş Baş naziri Boris Consonun Ukraynada səfir olmasından məmnunluq duyardıq.

Ordu.az xəbər verir ki o bunu "Sky News"a müsahibəsində Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Consonun Kiyevdə Britaniya səfiri olmasını görmək istərdinizmi?" sualına Zelenski “Məmnuniyyətlə. Məmnuniyyətlə. O, yaxşı oğlandır. Onun belə bir statusa hazır olduğuna əmin deyiləm, amma kim bilir?!" deyə cavab verib.

Daha sonra prezidentdən Consonun yenidən Baş nazir olmasını istəyib-istəmədiyini soruşduqda o deyib: "Rişi Sunak Baş nazir olduğu bir zamanda Consonu dəstəkləməyim doğru olmaz. Bu düzgün deyil, üzr istəyirəm. Sunakla bizim yaxşı münasibətimiz var.
Düşünürəm ki, Consonla daha uzun münasibətimiz var idi, təbii ki, tam miqyaslı işğalın ilk günlərindən Consonu müxtəlif vəziyyətlərdə görmüşəm. Bu səbəbdən bizim xüsusi əlaqələrimiz var".

Zelenski Böyük Britaniyanın, ABŞ və Almaniyanın müharibəyə kömək etmək üçün Ukraynaya tanklar göndərməsini də alqışlayıb: "Mən çox şadam və Almaniyaya, Böyük Britaniyaya və ABŞ-a belə qərarlar qəbul etdiyinə görə təşəkkür etmək istəyirəm".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Conson  


Bizi "telegram"da izləyin