Britaniya parlamentarilərinin Azərbaycana səfəri təşkil ediləcək

2022/11/a6811-1668666271.jpg
Oxunub: 206     12:16     26 Yanvar 2023    
“Britaniya parlamentinin üzvlərinin Azərbaycana səfərinin təşkili istiqamətində iş aparılır”.

Ordu.az xəbər verir ki, bu barədə APA-ya Milli Məclisin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov məlumat verib.

Deputat bildirib ki, əsas məqsəd Britaniya ictimaiyyəti, siyasi dairələri, parlament və hökumət üzvlərini daha obyektiv məlumatlandırmağa nail olmaqdır: “Ölkələrimiz arasında çox yaxşı münasibətlər mövcuddur. Azərbaycan və Britaniya bir çox sahələrdə sıx əməkdaşlıq edir. Əlaqələrimizin çoxəsrlik tarixi, ənənələri var. Əsas məqam isə bundan ibarətdir ki, ikitərəfli münasibətlərimiz qarşılıqlı etimad üzərində qurulub. Hesab edirəm ki, bu etimad istənilən sahədə əməkdaşlığı inkişaf etdirmək üçün çox yaxşı zəmin rolunu oynayır”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Azərbaycan  


Bizi "telegram"da izləyin